Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil Dünya

Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hələlik Məkkə sazişində iştirak etmək üçün yeni ölkələri dəvət etməyi planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan XİN-in mətbuat katibi həftəlik brifinqdə bəyan edib.

"Hazırkı mərhələdə Məkkə sazişlərinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır", — deyə "Dawn" qəzeti onun sözlərindən sitat gətirir.

Xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, "Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı ilk növbədə öz əməkdaşlıqlarını daha da möhkəmləndirməlidirlər", yalnız bundan sonra "təşkilat oxşar mövqe və baxışları bölüşən bütün dövlətlər üçün açıq olacaq".

Məryəm Quliyeva