Çində yük gəmisində yanğın: Çoxlu sayda həlak olan var Dünya

Çində yük gəmisində yanğın: Çoxlu sayda həlak olan var

Çində yük gəmisində baş verən yanğın ciddi tələfata səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, sentyabrın 10-da Şandun əyalətinin Tsindao şəhərindəki "Beyxay" gəmiqayırma zavodunda təmir üçün limanda olan xarici yük gəmisində yanğın baş verib. Bu, böyük insan tələfatına gətirib çıxarıb.

Gəminin hansı dövlətə məxsus olması barədə məlumat, eləcə də zərərçəkənlərin dəqiq sayı hələlik verilmir. Çin Prezidenti Si Tsinpin itkin düşənlərin axtarışı və xilasedilməsini sürətləndirməyi, xəsarət alanlara kömək göstərməyi və yanğının səbəblərini mümkün qədər tez müəyyənləşdirməyi tapşırıb.

Məryəm Quliyeva