9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
10:43
252
“Yəməndə münaqişə yenidən alovlanır və onun genişmiqyaslı mərhələyə keçmə riski artır. Təbii ki, bu, səbəbsiz deyil. Husilərin Mərib əyalətinin şimalında məcburi köçkünlərin yerləşdiyi düşərgəyə ballistik raket zərbəsi Məribin vacib və strateji ərazi olmasıdır. Şəhər bir sözlə, Yəmənin enerji resursları, qaz infrastrukturu, həm də strateji coğrafiyası baxımından əsas ərazilərindən biridir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
O söyləyib ki, husilərin burada təzyiqi artırması onların həm ərazi mövqelərini gücləndirmək, həm də hökumət qüvvələrinin iqtisadi dayaqlarına zərbə vurmaq cəhdinin olduğunu göstərir: “Amma burada ən təhlükəli məqamı da qeyd etmək lazımdır. Ən təhlükəli ssenari isə Məribdə quru döyüşlərinin intensivləşməsi, bununla paralel Səudiyyəyə raket və PUA hücumlarının davam etməsi və eyni zamanda Qırmızı dəniz və Bab əl-Məndəbdə gəmiçiliyin hədəfə alınmasıdır. Yəni bütün bu əməliyyatların eyni vaxtda baş verməsidir. Bu üç proses birləşərsə, Yəmən münaqişəsi sürətlə regional böhrana çevrilə bilər”.
E.Ənvəroğlu vurğulayıb ki, daha önəmlisi, Məribə hücumlarla paralel olaraq Taiz, Hudeydə və Qırmızı dəniz istiqamətində hərbi fəallığın artması münaqişənin ayrı-ayrı lokal toqquşmalardan daha geniş cəbhəyə çevrilməsi riskini artırır: “Mən deyərdim ki, regional böhran artıq yaxınlaşmaqdadır. Çünki qeyd etdiyim 3 hadisənin ikisi artıq faktiki olaraq baş verir. Bunlardan biri husilərin Səudiyyə Ərəbistanına raket və PUA hücumları genişləndirməsidir ki, bu da baş verir. İkinci hadisə isə Qırmızı dənizdə Səudiyyə gəmilərinə qarşı təhdid və hücumlar davam etməsidir. Yəmənin qərb sahillərində isə ağır quru döyüşləri gedir. Deməli, qarşıda hələ regional gərginliklərlə yanaşı, iqtisadi təlatüm də mövcud ola bilər. Neftin qiymətlərinə bilavasitə təsirin qaçılmaz olduğu artıq indiki məqamda göz önündədir”.
Röya İsrafilova
9 Sentyabr 23:45
742
9 Sentyabr 23:12
784
9 Sentyabr 23:10
777