9 Sentyabr 23:45
9 Sentyabr 23:12
13:34
294
Gürcüstan hakimiyyəti ABŞ Maliyyə Nazirliyi tərəfindən İran aviadaşıyıcılarına qarşı tətbiq edilən beynəlxalq sanksiyalara riayət edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilir.
Əvvəllər ABŞ İran üzrə sanksiya siyahısına 35 hüquqi şəxsi, habelə 1 Misir vətəndaşını daxil edib. Məhdudiyyətlər 35 aviadaşıyıcıya və aviasiya daşımaları sahəsində fəaliyyət göstərən digər şirkətlərə tətbiq olunub. Tbilisi Beynəlxalq Hava Limanının məlumat lövhəsinin göstəricilərinə görə, İrandan Tbilisiyə müntəzəm reysləri "Qeshm" və "Varesh" aviaşirkətləri həyata keçirməkdə davam edir.
"ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş genişləndirilmiş sanksiya siyahısı hazırda Gürcüstanla İran arasında hava əlaqəsini həyata keçirən aviadaşıyıcıları əhatə etdiyi üçün, Gürcüstan tərəfi digər hallarda olduğu kimi, indi də beynəlxalq sanksiya rejimünə uyğun olaraq hərəkət edəcək", — deyə bəyanatda qeyd olunur.
Mülki Aviasiya Agentliyi həmçinin dəqiqləşdirib ki, xarici aviadaşıyıcıların Gürcüstana uçuşlarına icazə verərkən respublikanın aviasiya qurumları milli qanunvericiliyi, ICAO standartlarını, ikitərəfli və çoxşaxəli sazişləri rəhbər tutur. Gürcüstan Avropa İttifaqı və ABŞ-nin sanksiya mexanizmlərini nəzərə alır.
Məryəm Quliyeva