ABŞ 2035-ci ilə qədər ildə 10 min kosmik raket buraxmağı hədəfləyir Dünya

ABŞ 2035-ci ilə qədər ildə 10 min kosmik raket buraxmağı hədəfləyir

Birləşmiş Ştatlar orbit fəzasının mənimsənilməsi sahəsindəki yeni təşəbbüslər sayəsində 2035-ci ilə qədər illik kosmik buraxılışların sayını 10 minə çatdırmağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi bəyan edib.

"Biz 2035-ci ilə qədər illik kosmik buraxılışların sayını 10 minə çatdırmağa çalışırıq", — deyə Daffi "Twitter"də yazıb.

O, bürokratik maneələrin azaldılması və kosmosun mənimsənilməsi üçün zəruri olan infrastrukturun genişləndirilməsi hesabına kommersiya şirkətlərinə buraxılışların sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək yeni idarələrarası proqramın tezliklə istifadəyə veriləcəyini elan edib.

Əvvəllər, avqustun 21-də ABŞ prezidenti Donald Tramp 2030-cu ilə qədər ABŞ-də illik kosmik buraxılışların sayının 1 minə çatdırılmasını nəzərdə tutan memorandum imzalamışdı.

Məryəm Quliyeva