9 Sentyabr 23:45
9 Sentyabr 23:12
14:20
294
ABŞ-nin NATO yanındakı daimi nümayəndəsi Metyu Uiteker iyul ayında alyansın səfirləri ilə keçirilən qapalı görüşdə müttəfiqlərdən Roma Statutundan çıxmağı, bununla da Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirakdan imtina etməyi tələb edib.
Xalqcebhesi.az xəbər verir ki, "Politico" nəşrinin diplomatlara istinadən verdiyi məlumata görə, ABŞ müttəfiqlərini məhkəmənin "sistemli şəkildə dağıdılması" kampaniyasına cəlb etməyə çalışır.
Nəşrin həmsöhbətləri iddia edirlər ki, Uiteker çıxışının sonunda ABŞ-nin "hansı ölkələrin dəstək verdiyini diqqətlə izləyəcəyini" bəyan edib. Bundan əlavə, ABŞ missiyası digər nümayəndə heyətlərinə məktub göndərərək onları "məhkəmədən gələn təhlükəni təhlil etməyə" çağırıb. Məktubda bildirilir ki, ABŞ müttəfiqləri səlahiyyətlərini aşdığına görə BCM-ni açıq şəkildə pisləməli və ona maliyyə dəstəyini dayandırmalıdırlar.
"Politico"nun məlumatına görə, Hollandiya və Fransa BCM-in müdafiəsinə qalxıblar. Nəşr qeyd edir ki, məhkəmə ətrafındakı vəziyyət ABŞ-nin Avropa ilə onsuz da mürəkkəb olan münasibətlərini daha da gərginləşdirir.
Məryəm Quliyeva