9 Sentyabr 23:45
9 Sentyabr 23:12
14:01
273
İsrail və Böyük Britaniya arasında diplomatik qarşıdurma sürətlə böyüyür. Tərəflər güzəştə getmək niyyətində olduqlarını nümayiş etdirmirlər, bu münaqişənin fəsadları isə İsrail iqtisadiyyatına hiss olunacaq dərəcədə təsir göstərə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail TV-nin 12-ci kanalı məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdəki Böyük Britaniya konsulluğunun bir ay ərzində bağlanacağını elan etdikdən sonra, Britaniyadakı yüksəksəviyyəli mənbələr bildiriblər ki, yaxın aylarda İsrailə qarşı sanksiya rejimi ciddi şəkildə sərtləşdirilə bilər. Mənbələrin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər paketi misli görünməmiş həddə çata bilər və yalnız İordan çayının qərb sahilində istehsal olunan mallara qoyulan qadağa ilə məhdudlaşmaya bilər.
Hazırda Londonda məskənlərin salınmasına və inkişafına kömək edən İsrail banklarına qarşı sanksiyaların tətbiqi imkanları müzakirə olunur. Xüsusilə, İordan çayının qərb sahilində mənzil alışı üçün ipoteka kreditləri verən maliyyə təşkilatları zərbə altına düşə bilər. Həmçinin böyük ticarət şəbəkələri də sanksiyalara məruz qala bilər.
Məryəm Quliyeva