Sarkisyan Berlində etirazla qarşılandı Hadisə

Sarkisyan Berlində etirazla qarşılandı

Aprelin 6-da Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəziınin fəallarının dəstəyi ilə Ermənistan Prezidenti Serj Sarkisyanın Almaniyaya işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib.
TEAS-dan verilən məlumata görə, aksiyada türk və gürcü diasporlarının nümayəndələri də iştirak ediblər.
Aksiya beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırırdı.
Nümayişçilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələb edib, Federal Kansler Merkelin nəyə görə erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşublar.
Qeyd edək ki, TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab Kansler Angela Merkelə məktub hazırlayaraq ona öncədən ErmənistanınBMT-nin 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyataları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırlatmışdı.