Ermənilərə məxsus 2 ədəd PUA məhv edilib Hadisə

Ermənilərə məxsus 2 ədəd PUA məhv edilib

Qüvvələrimizin sərəncamında olan bütün məxsus pilotsuz uçuş aparatları (PUA) yerindədir".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına dair iddiasına cavab olaraq bildiriblər.
"Dəqiq məlumata görə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib".