“Gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq” Hadisə

“Gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq”

Fuad Muradov: "Çox təəssüf ki, bu gün elmimiz yaşlaşır, bütün dünyaya əks proses gedir"

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, prezidentin təhsilə, elmə olan qiyməti son nəticədə qanunvericilik istiqamətində yeniliklərin tətbiq olunması ilə bağlıdır. Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. O qeyd edib ki, gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq. "Çox təəssüf ki, bu gün elmimiz yaşlaşır, bütün dünyaya əks proses gedir. İsa müəllimdən xahişim var ki, elmi işçilərin vəzifələri maddəsində, kiçik elmi işçidən tutmuş baş elmi işçiyə qədər vəzifələr qeyd olunub. Gənc baş elmi işçiyə gələnə qədər 75 yaşı olacaq. Gəncləri müəyyən qədər stimullaşdırmalıyıq. Amma imkan yaradaq ki, insanın əlində şərait olsun. Bu məsələni dəfələrlə qaldmırşıq, Birinci oxunuşda da bildirmişik. Dünya elmində belə bölüm yoxdur. Çox xahiş edirəm bu nəzərə alınsın".
Komitə sədri qanun layihəsində elmi fəaliyyətin Azərbaycan modelinin formalaşdırılması maddəsinə də toxunub: "Bu gün dünyada artıq sərhədlər yoxdur. Yaxşı olar ki, elmin Azərbaycan modelinin formalaşdırılması olsun. Amma reallıq onu göstərir ki, bu gün bu mümkün deyil. Ayrıca heç bir istiqamətdə bunu inkişaf etdirə bilmərik. Elmi işçilərin, xüsusilə gənclərin iş məsələsini qeyd etmək istəyirəm.
Elmi işçi elmi müəssisədə çalışır. Bir reallıqları bilirik ki, bir dənə işlə bağlı elmi işçi, gənc özünü dolandıra bilmir. Burada deyirlər ki, büdcəni qaldıraq. Biz başa düşməliyik ki, elmə qoyulan vəsaitlər nə vaxtsa qayıtmalıdır. Hələki bu proses bu gün yoxdur. Reallıq ondan ibarətdir ki, büdcənin qaldırılması ilə nailiyyətlər əldə olunmalıdır. AMEA-da ciddi islahatlar olmalıdır. İnsitutların sayı elmi işçilərin sayından çoxdur".
Deputat təhsilin davamlıq məsələsi barədə danışıb. O qeyd edib ki, biz müharibə şəraitində yaşayırıq: "Peşəkar orudunun yaranması vacibdir. Bilməliyik ki, gənclərimiz hərbi xidmətə hazırolmalıdır və müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta mətkəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin. Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, təzədən gəlib magistraturanı davam etdirəcək. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Biz bunu burda edə bilmiriksə, qayda olaraq tətbiq edək ki, orta mətkəbi bitirib əsgərliyə getsin. Eyni zamanda xarici ölkələrin elmi dərəcələrinin və adlarının tanınması barədə maddə də var. Bəs tanınmaması? Əgər biz hamısını tanıyırıqsa, bunu da yazmışıqsa, deməli bu proses hardasa pozula bilər. Yoxsa müxtəlif institutlardan elmi dərəcə alırlar və gəlib burada tələb edirlər ki, onları tanıyaq".