Günün hava prqonozu Hadisə

Günün hava prqonozu

Bakı və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-11, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda aprelin 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.