Yol polisi avtomobildə tapança tapıb Hadisə

Yol polisi avtomobildə tapança tapıb

Bakıda avtomobildən tapança aşkar edilib.
Səbali Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə hadisə Bünyad Sərdarov küçəsində qeydə alınıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Azər Ömərov xidmət aparan zaman Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Telman oğlu Məmmədovun idarə etdiyi 90-SU-073 dövlət nömrə nişanlı avtomobili qayda pozduğuna görə saxlayıb. Avtomobildən tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.