Gəncləri zərərli vərdişlərdən necə çəkindirmək olar? Hadisə

Gəncləri zərərli vərdişlərdən necə çəkindirmək olar?

Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirmək təşəbbüsü layihəsi" çərçivəsində Gəncə, Yevlax, Mingəçevir şəhərlərində tədbir keçirib.
Birliyin sədri Etibar Əsədov deyib ki, həyata keçirilən layihədə əsas məqsəd gəncləri bu problemdən uzaqlaşdırmaq, siqaret və digər zərərli vərdişlər barəsində ətraflı məlumat verməkdən ibarətdir: "Siqaretin dumanında nikotin, qətran və digər zərərli qazlar var. Qətranın tərkibində isə 4000-ə qədər kimyəvi maddə mövcuddur. Bunlardan da çoxu toksiki, yəni zəhərlidir və məlum olub ki, 43 maddə xərçəngə yol açır.
Siqaret dumanında ən çox rast gəlinən maddə karbon mono-oksiddir. Karbon mono-oksid xüsusilə qanda oksigen daşınmasını azaldır. Nikotin isə asılılıq yaradır.
Nikotin yüksək dozada qəbul olunduqda insanı öldürə bilər. O, qan təyziqini və ürək döyüntülərini artırır, karbon mono-oksidlə birlikdə ürək-damar xəstəliklərinə yol açır. Statistik göstəricilər onu deməyə əsas verir ki, bununla bağlıd avamlı addım atılmasına abxmayaraq problem bugün də öz aktuallığını qorumaqdadır. Bu üzdən vətəndaş cəmiyyəti olaraq vətəndaşlar arasında siqaretin yol açdığı problemlər, onun insane sağlamlığı üçün böyük təhlükə olması və digər məsələlər barəsində cəmiyyətdə maarifləndirmə işinin aparılmasını vacib hesab edirik".
Tədbirdə çıxış edən Mingəçevir, Gəncə, Yevlax gəncləri və ziyalıları siqaretin insan orqanizmi üçün böyük təhlükə olduğunu bildirmişlər.
Onu da bildirək ki. həyata keçirilən layihə çərçivəsində siqaretin insan orqanizmində yaratdığı fəsadları özündə əks etdirən broşur çap olunaraq paylanılıb.