Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib Hadisə

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyevvə ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Heydər Əliyev məzarı önünə əklil qoyub.
Sonra dövlət himni səslənib.
Prezident və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.