“Nida”dan sonra... Hadisə

“Nida”dan sonra...

Məhkəmənin hökmünə etiraz edən bir neçə nəfər inzibati qaydada azadlıqdan məhrum edilib
"Nida" Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə həbs edilib.
Müsavat Partiyasının başqanın müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Hacı Zeynallı 15, Kəmalə Bənənyarlı 30, Orxan Əyyubzadə 20, Şəfi Şəfiyev 15, Tural Abbaslı 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
Məhkəmə Kamran Zeynalovu 500, Nicat Məmmədbəylini 400, Orxan Rüstəmzadəni 400, Ərrəhman Məmmədlini 400, Şamil Beydullanı 500, Toğrul İbrahimi 600, Türkel Əlisoyu isə 400 manat məbləğində cərimələyib.
Hüseyn Novruzov, Orxan Nurullayev, Orxan Rza, Rəsul Mürsəlov və Tural İbrahim isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, srağagün "Nida" Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunub.
Həmin şəxslər məhkəmə hökmünə etiraz olaraq məhkəmənin inzibati binasının ətrafında şüarlar səsləndirilər. Polis əməkdaşları həmin şəxsləri ərazidən uzaqlaşdırıb. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb.