Moskvada kritik Qarabağ danışıqları Hadisə

Moskvada kritik Qarabağ danışıqları

Ermənistanda parlament seçkilərinin ab-havası bütün hallarda Moskva görüşünə təsir göstərəcək.
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Ermənistanda real kompromisə hazır olan qüvvələrin məğlubiyyəti müharibə ritorikasından istifadə edən siyasi elitanın növbəti görüşdə də kompromisə meyilli olmayacağını göstərir:
"Hər halda bütün əlamətlər görüşün asan olmayacağından xəbər verir. Ermənistan və onu dəstəkləyən Minsk Qrupu danışıqların istiqamətini atəşkəs rejiminin möhkəmlənməsinə yönəltməyə çalışır. Azərbaycan isə gündəlikdən razı deyil və konkret məsələlərin müzakirəsini tələb edir. Əgər Bakı gündəliyin bu cür tərtib olunmasına nail olmasa, onda real dəyişikliklər gözləmək çətindir. Görüş və ondan sonrakı gün hər şey bəlli olacaq. Konstruktiv mövqelər üstünlük təşkil etsə və deokupasiya məsələləri qabarıq şəkildə əksini tapsa, onda danışıqlar prosesinin məhsuldarlığının artmasından danışa bilərik. Bu zaman müharibə ehtimalları da azalacaq. Əks təqdirdə, aydındır ki, cəbhədə vəziyyət gərginləşəcək".
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq.