Ölkə üzrə ali təhsillilərin 15,4 faizi işsizdir Hadisə

Ölkə üzrə ali təhsillilərin 15,4 faizi işsizdir

"Əhalinin işsizlik səviyyəsinin azadılması, səmərəli məşğulluğun təmin edilməsi dövlətin qarşısında duran ən mühüm əhəmiyyət kəsb edən problemlərdən biridir".
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" milli parlament seminarında deyib.
AHİK sədri bildirib ki, rəsmi statsitk məlumatlara əsasən məşğulluq xidmətlərinin işsizlik statusu almış şəxslərin sayı 2016-cı ildə 33 min nəfər olub, 2015-ci ilə nisbətən 4,1 dəfə artıb:
"Buna uyğun olaraq ölkəmizə işsizlik səviyyəsi 0,7 faizə bərabər olub. Lakin qeydə alınan işsizlik səviyyəsinin göstəricisi, beynəlxalq əmək təşkilatının metodolgiyasına əsaslanaraq hesablanan anoloji göstəricilərdən xeyli fərqlənir. Belə ki, bu üsulla hesablanan işsizlərin sayı 2010-cu ildə 258,3 min nəfərdən, işsizlik səviyyəsi isə 5,6 faizdən, 2016-cı ildə isə müvafiq olaraq 252,8 min nəfərə və 5 faizə enib. Bu MDB ölkələr arasında ən yaxşı göstəricilərdən biridir. İşsiz qadınların 50,5 fazini, kişilərin isə 52,4 fazini 15-29 yaşında gənclər təşkil edir. İşsiz əhalinin 15,4 faizi ali, 12,9 fazini orta ixtisas, 4,1 faizi ilk peşə ixtisas, 53,3 faizi tam orta, 13,6 faizi isə ümumi orta təhsillidir".