Hava durumu Hadisə

Hava durumu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Bakı və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişəcəyi, şimal qərb küləyinin axşama doğru arabir güclənəcəyi gözlənilir. Yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.