AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanmasına qərar verib Hadisə

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanmasına qərar verib

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yeni, 7-ci nəşri hazırlanacaq.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbbəyli yeni orfoqrafiya lüğətinin nəşri ilə bağlı AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında komissiyasının yaradılması və Komissiyanın tərkibinə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Mətbuat Şurası, Terminologiya Komissiyasının nümayəndələrinin daxil edilməsini təklif edib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna 1 ay müddətində aidiyyəti qurumlarla birgə orfoqrafiya lüğətinin qayda-prinsiplərini hazırlayıb Təşkilat Komitəsinin müzakirəsinə təqdim etmək və 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən də orfoqrafiya lüğəti hazırlanaraq çapa verilib.