Jurnalist Elman Malıyev azadlığa buraxılıb Hadisə

Jurnalist Elman Malıyev azadlığa buraxılıb

Həbsdə olan jurnalist Elman Malıyev azadlığa buraxılıb.
Bu barədə APA-ya E. Malıyev özü məlumat verib.
Jurnalist qeyd edib ki, mayın 27-də Xəzər Rayon Məhkəməsində onun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı vəsatətə baxılıb. Hakim Rəşad Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclasında jurnalistin vəsatəti təmin edilib və o, həbsdə olduğu müddətdə nümunəvi davranışına görə cəzasının qalan hissəsindən azad edilib.
E. Malıyev həbsdə olduğu zaman ona dəstək olan həmkarlarına təşəkkürünü ifadə edib.
Qeyd edək ki, "Ekspress" qəzetinin sabiq əməkdaşı E. Malıyev 2010-cu ildə dələduzluqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.