Moskvada “Avrasiya məkanının dəyərləri” mövzusunda gənclər forumu keçirilib Hadisə

Moskvada “Avrasiya məkanının dəyərləri” mövzusunda gənclər forumu keçirilib

Moskvada Rusiyanın Ali İqtisadiyyat Məktəbində (Высшая школа Экономики) "Avrasiya məkanının dəyərləri" mövzusunda gənclər forumu keçirilib.
Tədbir MDB ölkələrindən 100-ə qədər politoloq, jurnalist, elm adamları və ictimai fəalların iştirakı ilə baş tutub.
Tədbirdə spiker və ekspertlər qismində Rusiyanın tanınmış KİV rəhbərləri, deputatları və elm adamları çıxış edib. "Türk-slavyan sivilizasiyalarının bağları: tarix və müasirlik" mövzusunda çıxış edən AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov XXI əsrdə dünyanı bürüyən problemlərdən bəhs edərkən rus-türk birliyinin vacibliyinə toxunub. Tarixən hər zaman rusların müxtəlif türk xalqları ilə bağlılığından söz açan Z. Məmmədov həmin xalqların Rusiya mədəniyyətinə, tarixinə təsirindən bəhs edərək müxtəlif türkdilli xalqların Rusiya dövlətçiliyindəki rolundan söz açıb.
O qeyd edib ki, "türk-rus" bağlarının öyrənilməsi təkcə elmi cəhətdən deyil, eyni zamanda indiki mövcud durum üçün aktualdır: "Regionda aparılan inteqrasiya layihələrinin effektivliyi məhz bu iki simbiozun möhkəmliyindən asılıdır".