Gürcüstan ukraynalı qaçqınlara maliyyə yardımını 2027-ci ilə qədər uzadıb Dünya

Gürcüstan ukraynalı qaçqınlara maliyyə yardımını 2027-ci ilə qədər uzadıb

Gürcüstan hökuməti hərbi əməliyyatlar başladıqdan sonra respublikaya pənah gətirən Ukrayna vətəndaşlarına sosial ödənişlərin müddətini 2027-ci il yanvarın 1-dək uzadıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Hərbi əməliyyatlara görə Gürcüstana gələn Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə yardım hər ailəyə 300 lari (təxminən $115,4) və hər nəfərə 45 lari (təxminən $17,3) həcmində olmaqla 2027-ci il yanvarın 1-dək uzadılacaq", - deyə məlumatda bildirilir.

45 lari həcmində ödəniş Gürcüstanı tərk edən şəxslərə dayandırılacaq. Bütün üzvləri Gürcüstandan gedən ailələr isə 300 lari almaq hüququndan məhrum olacaqlar. Ölkədə fasiləsiz yaşayan ukraynalı qaçqınlar tibbi xidmətlərdən yararlanmaqda davam edəcəklər. Əcnəbi ölkədən getdikdən sonra ən geci üç gün ərzində geri qayıdarsa, onun qalması fasiləsiz hesab olunur.

Məryəm Quliyeva