Fransa sahillərində iki miqrant həlak olub Gündəm

Fransa sahillərində iki miqrant həlak olub

Pa-de-Kale departamentinin Berk sahilləri yaxınlığında La-Manş boğazını qanunsuz keçməyə cəhd edən iki miqrant həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinə istinadən Pa-de-Kale departamentinin prefekturası məlumat yayıb.

Həlak olan iki miqrantın 30-40 yaşlarında olduğu bildirilir. Prefekturanın məlumatına görə, bədənlərinin böyük hissəsi yanmış iki qadın da xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabildir.

"La Voix du Nord" nəşri xəbər verib ki, yanıqlar benzinin dəniz suyu ilə qarışması zamanı baş verən kimyəvi reaksiya nəticəsində yaranıb.

Bulon-sür-Mer prokurorluğu bu iki yeni ölüm faktının təfərrüatlarını araşdırmaq üçün tədqiqata başlayıb.

"AFP" agentliyinin rəsmi mənbələr əsasında apardığı hesablamalara görə, bu son faciə ilin əvvəlindən bəri Fransa-Böyük Britaniya sərhədində dənizdə həlak olan miqrantların sayını ən azı 24 nəfərə çatdırıb.

Məryəm Quliyeva