Tramp Braziliya seçkilərini tərifləyərkən Hindistanla səhv saldı Dünya

Tramp Braziliya seçkilərini tərifləyərkən Hindistanla səhv saldı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Hindistanı Braziliya ilə səhv salaraq, ölkəni prezident seçkilərini yaxşı təşkil etdiyinə görə tərifləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu məsələyə Amerikanın "Newsweek" jurnalı diqqət çəkib.

"Bu gün Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib. Nəticələr seçki Məntəqələri bağlandıqdan dərhal sonra, elə həmin gün elan edildi", - deyə ABŞ prezidenti yazıb.

Tramp həmçinin seçkilərdən sonra səslərin sayılmasına həftələrlə vaxt sərf etdiklərinə görə bir sıra Amerika şəhər və ştatlarının hakimiyyət orqanlarını tənqid edib. Paylaşım hazırda redaktə olunub və düzgün şəkildə Braziliyadakı seçkilərə həsr edilib.

Oktyabrın 4-də keçirilən seçkilərin birinci turunda Flavio Bolsonaro 47%-dən çox səs toplayaraq, hazırkı prezident Luis Inasio Lula da Silvanı təxminən 2 faiz bəndi qabaqlayıb və qələbə qazanıb. Həlledici ikinci tur oktyabrın 25-də baş tutacaq. Dövlət başçısı ikinci turda qələbə qazanmaq üçün seçki kampaniyasını yenidən aparacağını vurğulayıb.

Məryəm Quliyeva