
Estoniyanın xarici işlər naziri Margus Tsahkna Azərbaycana səfər edəcək.
Səfər oktyabrın 19-da baş tutacaq.
Nazir oktyabrın 20-də Estoniyanın Bakıdakı səfirliyinin açılışında iştirak edəcək.
Səfər çərçivəsində Margus Tsahknanın Azərbaycanda bir sıra görüşlər keçirməsi gözlənilir.