İranın cənub-şərqində polislərə hücum: 2 nəfər həlak oldu Dünya

İranın cənub-şərqində polislərə hücum: 2 nəfər həlak oldu

İranın cənub-şərqindəki Bampur dairəsində patrul xidmətinə hücum nəticəsində iki polis əməkdaşı həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi İranın dövlət KİV-ləri məlumat yayıb.

Həlak olanların Dairə Polis İdarəsində xidmət edən baş çavuşlar Dastqoşade və Əmirhüseyn Qasemi olduğu bildirilir. Hər iki polis əməkdaşı 2002-ci ildə İranın şimalındakı Sari şəhərində anadan olub.

Bəlucistandakı hadisələri işıqlandıran "Haalvsh" hüquq-mühafizə təşkilatı daha əvvəl Bampur dairəsində iki polis avtomobilinin atəşə tutulması nəticəsində ən azı üç nəfərin həlak olduğunu bildirmişdi.

Təşkilatın məlumatına görə, hücum edənlər iki "Toyota" yolsuzluq avtomobilini atəşə tutublar. Avtomobillərdən biri aşıb, həmin nəqliyyat vasitəsində olan şəxslərin sayı və vəziyyəti məlum deyil.

Məryəm Quliyeva