14:07
532
ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidentinin Qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli bildirib.
"Mən bilirəm ki, o, Özbəkistana gəlmək istəyir. Prezidentin iş qrafiki həddindən artıq sıxdır, lakin o, mənə Özbəkistana səfər etmək arzusunun olduğunu bildirdi", - deyə xüsusi nümayəndə "Özbəkistan-24" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.
Zampolli Trampın respublikaya səfəri məsələsini "davamlı olaraq irəlilətdiyini" və tezliklə baş tutacağına ümid etdiyini qeyd edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə amerikalı liderin dəvəti ilə dekabrda Mayamidə (Florida ştatı) keçiriləcək G20 sammitində iştirak edəcək.
Məryəm Quliyeva