Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Bakı-“Expo 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər

Bakı-“Expo 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər Hadisə

Bakı-“Expo 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər

Bu münasibətlə Heydər Əliyev Mərkəzində təqdimat keçirilib


Heydər Əliyev Mərkəzində Bakının "Expo 2025" Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib.
Təqdimat mərasimində Azərbaycanın I vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, I vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və "Expo 2025 Bakı" Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.
Tədbirdə Azərbaycanın "Expo 2025" Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib. Bildirilib ki, may ayının 18-də Azərbaycan prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.
A. Ələkbərov "Expo 2025" Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan qəbul barədə danışıb, Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdırıb. A. Ələkbərov ölkəmizin Ümumdünya Expo sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edib.
Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışan A. Ələkbərov ölkəmizin bu günədək Dünya dini liderlərinin sammiti, Bakı Beynəlxalq Humanitar Forumları, Sivilizasiyalar Alyansı: 7-ci Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, "Bakı 2015" Birinci Avropa oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın istər siyasi, istər də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olduğunu deyən A. Ələkbərov ölkəmizin 2000-ci ildən Expo sərgilərində iştirak etdiyini deyib. 2015-ci ildə Milan şəhərində keçirilən Expo sərgisində Azərbaycanın milli pavilyonunun dizayn və məzmun baxımından böyük uğurla ziyarət edildiyini, "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan pavilyonun mükafatla təltif olunduğunu bildirib. "Antalya Expo 2016" Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonunun eksteryer və interyer bağçası nominasiyasında 1-ci yerə, Astanada keçirilən "Expo 2017 - Gələcəyin enerjisi" Beynəlxalq sərgisində "Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji" devizinə əsaslanan Azərbaycan pavilyonunun da "Sərgi dizaynı" nominasiyasında mükafata layiq görüldüyü qeyd edilib.
Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan ölkə olduğunu bir daha vurğulayan A. Ələkbərov ölkəmizdə 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə Karate üzrə Avropa çempionatı və "Avro 2020" futbol yarışlarının qrup oyunlarının keçiriləcəyini deyib. O, ölkəmizin avtomobil yarışlarına da uğurla ev sahibliyi etdiyini deyərək, Azərbaycan Avtomobil Federasiyasının yaxından iştirakı ilə Bakıda 2016-cı ildən "Formula 1" yarışlarının təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini diqqətə çatdırıb. A. Ələkbərov "Expo 2025 Bakı" layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini qeyd edib.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri E. Əmirbəyov isə çıxışında "Expo 2025 Bakı" layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək "Expo 2025" Ümumdünya sərgisinin ev sahibini müəyyən edəcək seçkilərə qədər atılacaq addımlar barədə məlumat verib. Bildirib ki, 2017-ci ilin sentyabr ayının sonlarında Bakının "Expo 2025" Ümumdünya sərgisinə dair namizədlik dosyesi BSB-yə təqdim edilib. Növbəti 11 ay ərzində BSB Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün irəli sürülən mövzu və "Expo 2025" Ümumdünya Sərgisinin təşkili üçün hazırlanan layihə sənədi ilə yaxından tanış olacaq.
E. Əmirbəyov BSB tərəfindən Ümumdünya sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, "Expo 2025" sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.
"Expo 2025 Bakı" Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri, eyni zamanda BSB-nin qiymətləndirmə missiyasının 2018-ci ilin mart ayında Bakıya səfərinə hazırlıq işlərinin aparılması barədə məlumat verib. P. Foster bildirib ki, "Expo 2025 Bakı" sərgisi üçün nəzərdə tutulan ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Paytaxtın davamı hesab edilə biləcək bu məkanın 200 hektar ərazisi var. Ərazinin Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcəyi diqqətə çatdırılıb.
P. Foster noyabrın 14-dən etibarən www.bakuexpo2025.comsaytının fəaliyyətə başladığını bildirib. Saytda sərginin həyata keçirilməsi istiqamətində əsas məqamlar öz əksini tapıb.
Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi Expo mövzusu ilə bağlı video çarxlar nümayiş olunub.