Azərbaycan memarlarını təltif edilib Hadisə

Azərbaycan memarlarını təltif edilib

Prezident İlham Əliyev Azərbaycan memarlarına "Əməkdar memar" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Baybekov Ravil Saleh oğlu, Cəfərov Xəlil Ələkbər oğlu, Miralayev Fəxrəddin Böyük oğlu və
Namazov Müsədin Əhməd oğluna "Əməkdar memar" fəxri adı verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Bəylərov İlqar Xıdır oğlu, İsbatov İlqar Aydın oğlu
"Şöhrət" ordeni ilə, Amənzadə Raihə Barxudar qızı, Əzimzadə İnarə Çingiz qızı, İbrahimov Kamal İbrahim oğlu, Kərimova Təranə Həmzə qızı, Qaçayev Fərid Məmməd oğlu, Qurbanəliyev Zaur Ramiz oğlu, Mahmudbəyov Namiq İskəndər oğlu, Məmmədov Maqsud Teymur oğlu, Novruzzadə Şeyda Natiq qızı, Sadıxov Cahangir İsmayıl oğlu, Şixzamanov Nizami Eyyub oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.
Prezidentin digər sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Abdullayev Tofiq Əli oğlu və Şəkixanov Tofiq Həmid oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.