17 Sentyabr 22:08
10:52
392
Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.
35 yaşlı polis əməkdaşı avqustun 23-də İll-de-Frans paytaxt regionunun İvlin departamentində, bölmədən çıxarkən saxlanılıb. Müstəntiqlər onu "dövlətin maraqlarına qarşı", o cümlədən digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlar hazırlamaqda və ifrat sağçı hərəkatla əlaqələrdə şübhəli biliblər. Bundan əlavə, o, 3D-çap texnologiyası vasitəsilə silah hazırlamaqda şübhəli bilinib - evində aparılan axtarışlar zamanı silah hissələri aşkarlanıb.
Avqustun 27-də həmin şəxsə "terror aktı törətməyə hazırlıq" və "terror planları ilə əlaqədar silah hazırlanması və saxlanılması" ittihamları irəli sürülüb. Həmçinin o, internet forumlarından birində paylaşdığı postlara əsasən "internet vasitəsilə terrorizmə təşviq etmə"də təqsirləndirilib.
Məryəm Quliyeva