""Ənsarullah" (husilər) İranın layihəsidir" Dünya

""Ənsarullah" (husilər) İranın layihəsidir"

Yəməndə yaradılan "Ənsarullah" (husilər) İranın layihəsidir ki, bu gün onlar həm Yəmən dövləti, həm də region üçün təhlükə mənbəyinə çevrilib.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov husilərin Səudiyyə Ərəbistanına hücumları ilə bağlı deyib.

O, qeyd edib ki, Səudiyyə Ərəbistanı "Məkkə sazişi"nə qoşulub, əgər o, ölkənin təhlükəsizliyi ilə bağlı Məkkə Müdafiə Sazişinə əsasən rəsmi müraciət edərsə, o zaman Pakistan və Türkiyə Ər-Riyadın yanında olacaq. Bu isə İrana növbəti sarsılmaz zərbə deməkdir.

Qeyd edək ki, Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir dəfələrlə İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.

“Faynənşl Tayms”ın məlumatına görə, Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı Məkkə Müdafiə Sazişinə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qala bilər.

Xatırladaq ki, məlumatlara görə, husilərə bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn əl-Husiyə görə verilib. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törədib. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.

Cavid