Hava durumu Hadisə

Hava durumu

Bu gün Bakıda və Abşeron yarmadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, paytaxtda şimal küləyi gecə və səhər arabir nisbətən güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33 dərəcəyə qədər yüksələcək.
Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 17- 22, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda isə gecə 7-12, gündüz saatlarında 19-24 dərəcə olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zaqulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə isə 23-24 dərəcə olacaq.