Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib Hadisə

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edib.
Buğda "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru", "Abşeron Taxıl" MMC, "Dəvəçi-Dəyirman" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "Gəncə-Dəyirman" MMC, "N.Quliyev adına Bakı-Taxıl" ASC, "Aveta" MMC, "Neon" firması, "EL-Babatürk" MMC, "Pak-Nur" firması, "Xırman" MMC, "Rəşad" firması,"Səma"FF firması, "Avropa" firması, "Sarı sünbül" firması, "Azəri-Arapoğlu" US, T.Ltd BM və "Svinks" MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli istehsalçılardan qəbul olunacaq.
Buğdanın qiyməti bir ton üçün 300 manat nəzərdə tutulur.
Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verməlidir.
Keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.