Yeni ədəbiyyatların sərgisi Hadisə

Yeni ədəbiyyatların sərgisi

Tural

AMEA Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə 500-dən çox ədəbiyyat daxil olmuşdur. Bunlara monoqrafik əsərlər, əsərlər külliyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və s. aiddir. Yeni daxil olan ədəbiyyatlarda daha çox tarix və ədəbiyyatşünaslığa dair əsərlər üstünlük təşkil edir: "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi", "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri", "Naxçıvan tarixi", "Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi", "Azərbaycan iqtisadiyyatının aktual problemləri", "Qərbi Azərbaycanın Dərələyəz mahalı", "Azərbaycan dilində fel", "Azərbaycan toponimləri və şivələri", "Deputatlıq fəaliyyəti", "Müstəqillik uğrunda mübarizə yollarında" kitabları, Ramiz Əskərin tərcümə etdiyi Mahmud Kaşğarinin dörd cilddən ibarət "Divani Lüğat-Türk", Teymur Əhəmədovun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illiyinə həsr olunmuş kitabı, "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası", "Oğuzlar", "Naxçıvanın qədim qala və şəhərləri", "Əxlaqa aparan yol", "Milli ideologiya problemlərinə tarixi - fəlsəfi baxış", "Baburnamə", o cümlədən monoqrafiya və ədəbiyyatşünaslıtın müxtəlif sahələrinə dair digər bir çox nəşrlər kitabxanaya daxil olmuşdur.
Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və Avropa dillərindədir. Həmçinin burada ədəbiyyat, elm, təhsil, mədəniyyət, maarif, texnika və s. dair müxtəlif sahələrdən bəhs edən nəşrlər vardır. Bütün bunlar Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin başlıca informasiya mərkəzlərindən biri kimi geniş və çoxtərəfli fəaliyyətində mühüm rol oynayır. Qeyd edək ki, yeni ədəbiyyat sərgisi bir ay nümayiş olunacaq.