VII Qlobal Bakı forumu nə vaxt keçiriləcək? Hadisə

VII Qlobal Bakı forumu nə vaxt keçiriləcək?

Mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu keçiriləcək.
Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq.
Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamli inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı", "Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Forumda dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.