Ordumuzun şəhid mayoru ilə vida mərasimi keçirilib Hadisə

Ordumuzun şəhid mayoru ilə vida mərasimi keçirilib

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovla vida mərasimi keçirilib.

Mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun nəşi bu gün səhər saatlarında ata yurdu olan Qax rayonu Lələpaşa kəndinə gətirilib. Vida mərasimində hərbi qulluqçular, rayon rəhbərliyi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

A.Omarov Lələpaşa kənd qəbiristanlığında dəfn edilib.Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Allah rəhmət eləsin! Şəhidlərimizin qanları yerdə qalmasın!