"Xaricdə yaşayan azərbaycanlılar ölkə iqtisadiyyatına öz töhfələrini verməlidirlər" Hadisə

"Xaricdə yaşayan azərbaycanlılar ölkə iqtisadiyyatına öz töhfələrini verməlidirlər"

“Xaricdə yaşayan azərbaycanlılar ölkə iqtisadiyyatına öz töhfələrini verməlidirlər. Onların Azərbaycana sərmayə qoyması çox yaxşı olardı”.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumunun imzalanması mərasimində Komitə sədri Fuad Muradov bildirib.
Onun sözlərinə görə, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Memorandumun imzalanması Azərbaycanın elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliği və tanıdılması kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də Dövlət komitəsinin əsas hədəflərindən olan soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn bir zərurətdir”.