27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
15 İyul 2019 16:58
2 380
Ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Təhsil nazirinin əmri ilə uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
27 Dekabr 10:14
1 806
26 Dekabr 21:03
1 995
26 Dekabr 20:09
3 276