Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO
Pakistan hakimiyyəti keçmiş Baş nazir İmran Xanın iki bacısını saxlayıb
18 İyul 2019 12:09
2 310
Azərbaycanda daimi yaşamaq üçün icazələr əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daxil olub.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib:
"Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub".