“Qadıncığazda cəsarətlərə bax ey...” Hadisə

“Qadıncığazda cəsarətlərə bax ey...”

Çingiz Bayramov: "Şəhidlərimizin ruhu sənə qənim olsun, Leyla Yunus!"

"Şəhidlərimizin ruhu sənə qənim olsun Leyla Yunus, sapı özümüzdən olan küt balta, düşmənə casusluq et, sonra da utanmadan insan hüquq və azadlıqlarından dəm vur. Bu qadıncığazda cəsarətlərə bax ey, dövlətimizin polisinin papağını başından yerə atasan, sonrada söyüş söyəsən və deyesən ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm.
Qadıncağıza bu cür cəsarətləri verən yəqin ki, tək Ermənistan xüsusi xidmət orqanları yox, həm də beynəlxalq qurumlar və dövlətlər olub. Bu dövlətlərin və qurumların ölkəmizdə fəaliyyətləri aşkarlanıb ictimayyətimiz tərəfindən qınaq obyektinə çevrilməli və fəaliyyətləri dayandırılmalıdır". Bu barədə açıqlamanı Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov verib.
Ç.Bayramov bildirib ki, Leyla Yunusun Ermənistan xüsusi xidmət orqanlarına casusluq fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və haqqında həbs-qəti imkan tədbirinin seçilməsi bəzi beynəlxalq hüquq müdafəçilərini görünür təşvişə salıb: "Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Mujnieks utanmadan deyir ki, Leyla Yunusun həbsi Azərbaycanda insan haqlarının vəziyyətinin çətin olmasının göstəricisidir. Cənab Nils Mujnieksə belə bir sualllar ünvanlamaq istəyirəm ki, nə vaxtan casusluq fəaliyyəti ilə məşğul olmaq insan haqlarının göstəricisidir? Cənab Nils Mujnieks, sizin gözünüz bir milyondan çox Azərbaycanlı məcburi köçkün və qaçqınları niyə görmür və Ermənistanla sərhəd rayonlarında yaşayan azərbaycanlıların demək olar ki, hər gün erməni silahlı qüvvələri tərəfindən evlərinin güllə yağışına tutulması, mülki insanların şəhid olması və yaralanmasını məgər insan haqlarının pozulması demək deyil bəs nədir?"
Çingiz Bayramov Azərbaycan sevən bütün ictimayyətimizi bu məsələdə vahid mövqe nümayiş etdirməyə və daxildə olan casusları ifşa etməyə dəvət edib.