Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
23 Avqust 2019 20:10
2 128
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib. Təlimlərdə 15 aparıcı milli kütləvi informasiya vasitələrindən 15 jurnalist iştirak edib. JuHİ üzvü olan, beynəlxalq TOT təlimlərində iştirak etmiş iki yerli təmsilçi (Nəzirə Nurullayev, Elgün Mənsimov) iştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi veriblər. Təlimlər zamanı praktik məşğələlər aparılıb. “Təlimlərin əsas məqsədi jurnalistləri beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün son dərəcə vacibdir. Seminar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün hazırlanmışdır” deyə Jurnalist Həmkarlar İttifaqının (JuHI) sədri. Müşfiq Ələsgərli bidirib.
24 Oktyabr 20:38
931
24 Oktyabr 19:27
938
24 Oktyabr 18:33
1 008



