Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
13 Sentyabr 2019 16:50
1 428
Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim Yunanıstanın Afina şəhərində keçirilmiş Avropa ölkələri fransız dili müəllimlərinin 3-cü qurultayına ölkəmizi təmsil edib. ADU-dan bildirilib ki, Ülfət İbrahimin elmi məruzəsi qurultay iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin açılışında Yunanıstanın Təhsil Nazirliyinin baş katibi, Afina Universitetinin əməkdaşları, Fransa, İsveçrə, Kanada, Belçika, eləcə də digər ölkələrin Afinada akkreditə olmuş səfirləri nitq söyləyiblər. Qurultayda müzakirə olunan əsas mövzular arasında fransız dilinin yayılması, fransız dilinin rəqəmsal texnologiyalarla tədrisi, tərcüməçilik və fransız dilli müəllimlərinin assosiasiyalarına gənc üzvlərin cəlb edilməsi məsələləri ön plana çəkilib.
Qurultayda 100-ə yaxın universitet müəllimi öz elmi məruzələri ilə çıxış edib. Qurultay çərçivəsində fransız dilinin tədrisinin təkmilləşdirilməsi məqsədilə müəllimlər üçün müxtəlif tədris dərnəkləri təşkil olunub. Tədbirin sonunda fərqlənən məruzəçilərə sertifikatlar təqdim olunub.
24 Dekabr 13:57
1 134
24 Dekabr 13:39
1 323
24 Dekabr 13:31
1 799