Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
16 Sentyabr 2019 15:54
1 659
“Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.
“Bilik günü” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Abuzər Əsədov sevinc və həyəcan içində olan şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs edib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. Rəşad Tağıyev şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib.
Xətai RİH başçısının müavini Etibar Əhmədov çıxışı zamanı ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Xətai rayonunda həyata keçirilən tədbirlər barədə danışıb.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Birincilərin ifasında şeirlər səsləndirilib.
14 Avqust 22:45
679
14 Avqust 17:40
756
14 Avqust 15:55
770