17 Noyabr 11:44
17 Noyabr 10:22
25 Sentyabr 2019 12:28
1 533
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.
DSX-dan verilən məlumata görə, sentyabrın 21-də, saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb.
Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib. Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
17 Noyabr 19:35
840
17 Noyabr 19:35
805
17 Noyabr 19:03
798