13 İyun 10:19
28 Oktyabr 2019 16:53
2 100
Hamilə qadınların müayinəsində kardioloq müayinəsi 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec - 4-5-ci aylarda qoyulur. Bu barədə Səhiyyə Nazirliyinin akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair" elmi-praktik seminarda məlumat verilib.
Seminarda qeyd edilib ki, “Peripartum kardiomiopatiya” hamiləliyin son 4 həftəsində və hamiləlikdən sonraki 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir: "PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər - başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir. Buna görə də əksər hallarda hamilə qadınlardakı mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır. Diaqnoz qoyularkən isə artıq xəstəlik inkişaf edərək son mərhələyə çatır".
00:07
756
00:06
805
14 İyun 12:22
1 372