Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
8 Noyabr 2019 16:36
2 975
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Aslanın yaradıcılığından və “Üç əqrəb zamanı” kitabının məziyyətlərindən danışıb. Akademik bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşri olan bu əsər Türkiyə və Azərbaycan ədəbiyyatının təbliği yolunda önəmli hadisələrdən biridir. Qeyd edilib ki, Bəxtiyar Aslan Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görüb. Yazıçı “Şəhərin xəbəri yox”, “Cənnətin son saatları”, “Qar və düyün”, “Yazının kölgəsi” və s. kitabların müəllifidir.
Sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Bəxtiyar Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı kontekstindən baxış” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə, həmçinin filologiya üzrə elmlər doktorları Vaqif Yusifli və Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları Xuraman Hümmətova, Lalə Həsənova və Eşqanə Babayeva kitab haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza, kitabın tərtibçisi və “Ön söz”ün müəllifi Təranə Vahid, korrektoru Təhminə Vəliyevadır. Kitabdakı əsərləri dilimizə Eyvaz Zeynalov, Təranə Vahid, Aslan Quliyev, Narıngül Nadir və Cavid Qədir uyğunlaşdırıblar.