BAMF Xocəvənd və Füzulidə tədbir keçirib Hadisə

BAMF Xocəvənd və Füzulidə tədbir keçirib

UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində 11 avqust 2014-cü il tarixində Beyləqan rayonunda yerləşən Xocavənd məcburi köçkün düşərgəsində görüş keçirilib. Görüşdə Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə xanım Quliyeva, icra hakimiyyətinin İctima-siyasi humanitar şöbəsinin əməkdaşları, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Qiyas Abasov iştirak ediblər. Layihə çərçivəsində yaradılmış Xocavənd Gənclərinə Dəstək Qrupunun rəhbəri Leyla Mustafayeva layihələr və yeni təkliflər haqqında çıxış edib. Dəstək qrupunun üzvü olan digər gənclər də fikirlərini bildiriblər. Sonda İcra hakimiyyətinin təmsilçiləri bu tipli görüşlərin təşkilinə dəstək verəcəklərini və bundan sonra da "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində yaradılmış Dəstək Qrupunun müxtəlif layihələri əyata keçirmələrinə yardımçı olacaqlarını vəd ediblər. Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması ilə sona çatıb. Protokolda Xocavənd məcburi köçkün qəsəbələrində gənclər arasında zərərli vərdişlərlə bağlı birgə seminarın təşkil olunması, qəsəbədə zərərli vərdişlərlə bağlı məlumat xarakterli bukletlər paylamaq, İcra Hakimiyyətinin bu tədbirlərin təşkilində dəstək göstərməsi və rayon rəhbərliyinin özünün birbaşa bu tədbirlərə qatılması öz əksini tapıb.
Həmin gün Füzuli rayonunda da görüş keçirilib. Görüşdə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Vidadi Tağıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Qiyas Abasov iştirak ediblər. Layihə çərçivəsində yaradılmış Füzuli Gənclərinə Dəstək Qrupunun rəhbəri Qoşqar Behbudzadə layihələr və yeni təkliflər haqqında çıxış edib. Dəstək qrupunun üzvü olan digər gənclər də fikirlərini bildiriblər. Sonda İcra hakimiyyətinin təmsilçiləri bu tipli görüşlərin təşkilinə dəstək verəcəklərini və bundan sonra da "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində yaradılmış Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaqlarını vəd ediblər . Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması ilə sona çatıb.

XC