17 Noyabr 11:44
17 Noyabr 10:22
18 Dekabr 2019 14:30
1 820
AMEA-nın Tarix İnstitutunda Türkiyənin Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) sədri Əhməd Baba ilə görüş keçirilib. Tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açaraq ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini xatırladıb, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Sonra çıxış edən Əhməd Baba iki dövlətin ən ağır dönəmlərində bir-birlərinə dəstək olduqlarını bildirib. O, hazırda Ankara şəhərində TMCD və Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən Xocalı soyqırımı parkı və abidə kompleksinin tikildiyini deyib. Qeyd edib ki, kompleks universitetin ərazisində AMEA-nın Tarix İnstitutunun elmi dəstəyi ilə inşa olunur: "Bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkiləcək".
Sonda Y.Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.
17 Noyabr 19:35
987
17 Noyabr 19:35
945
17 Noyabr 19:03
966