Azərbaycan və Böyük Britaniya parlamentariləri arasında görüş olub
“Barselona”ya ciddi itki: DÇ-2026-dan qayıdan Yonq 4 ay yaşıl meydanlardan kənarda qala bilər
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
İlahiyyat İnstitutunun tələbələri üçün Türkiyədə beynəlxalq “Yay məktəbi” təşkil edilir
26 Dekabr 2019 11:18
1 673
Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na dəyişiklik edib.
Trend-in məlumatına görə, bu dəyişikliklərə əsasən, bundan sonra dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etməli olan vətəndaş qayınları və baldızları haqqında da məlumatları ərizə formasına daxil edəcək.
İndiyədək bu formada vətəndaş yalnız öz ailə vəziyyəti və yaxın qohumları olan ata, ana, qardaş, bacı, arvadı (əri), uşaqları, qayınata, qayınana haqqında məlumat verirdi.
Bu qaydaya edilən digər dəyişikliklə vətəndaş şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat verərkən fərdi identifikasiya nömrəsini (FİN) də qeyd edəcək.