İlin ən bahalı "İnstaqram" blogeri kimdir? Hadisə

İlin ən bahalı "İnstaqram" blogeri kimdir?

Kütləvi informasiya vasitələri bu il üzrə dünyada paylaşımlardan ən çox pul qazanan "İnstaqram" blogerini müəyyənləşdiriblər.
"Daily Mail"in verdiyi məlumata görə, 2019-cu il üzrə paylaşımlardan ən çox pul qazanan "İnstaqram" bloger portuqliyalı futbolçu Kriştianu Ronaldu seçilib.
K.Ronaldu 2019-cu ildə hər bir paylaşımına görə 780 000 funt sterlinq qazanıb. Beləliklə, il ərzində futbolçu bütün paylaşımlarına görə təxminən 47,8 milyon dollara sahib olub.
Ən çox pul qazanan ikinci "İnstaqram" bloger argentinalı futbolçu Lionel Messi olub. Onun hər bir paylaşımı 518 000 funt sterlinq dəyərində qiymətləndirilir. L.Messi paylaşımlardan bir il ərzində 23,2 milyon dollar pul qazanıb.